Prezident İlham Əliyev Milli Məclisin mayın 1-də "Aviasiya haqqında" qanunun icrası ilə əlaqədar qəbul etdiyi "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib. SİA xəbər verir ki, yenilənmiş qanuna əsasən, mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısı genişləndirilib.Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi üçün 15 manat, aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat rüsum nəzərdə tutulub.Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi üçün 10 manat, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi üçün 10 manat, model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün 10 manat dövlət rüsumu ödəniləcək.
Son günlərdə bir neçə qaz daşıyıcısı Hörmüz boğazından uğurla keçib...
Moskva Birjasının indeksi Rusiya Xarici İşlər Nazirliyinin Kiyevə hava hücumları elan etməsindən sonra kəskin şəkildə aşağı düşüb...