PDF Oxu

İqtisadiyyat

  • 3 515

Bu günədək sahibkarlar Xankəndi, Ağdərə və Xocalıya 45 milyon manat investisiya qoyub

image

Xankəndi şəhəri, Ağdərə və Xocalıya sahibkarlar tərəfindən bu günədək 45 milyon manat investisiya qoyulub. SİA xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.Onun sözlərinə görə, Xankəndi şəhəri yaxın vaxtlarda müasir şəhərə, modern yaşayış məntəqəsinə çevriləcək:"Hazırda Xankəndi şəhərinin müxtəlif küçə və prospektlərində geniş miqyasda bərpa-yenidənqurma işləri aparılır. Çoxmənzili yaşayış binaları təmir edilir, Zəfər parkı tikilir. Bundan başqa Xankəndi şəhərinə Şuşadan kanat yolu da çəkiləcək. Avtomobil yolları da yenidən qurulur. Görülən işlər onu deməyə əsas verir ki, Xankəndi yaxın gələcəkdə müasir şəhərlərdən biri olacaq. Bu isə bura həm yerli, həm də xarici turistlərin axınına səbəb olacaq. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında sahibkarlıq fəaliyyətinə də xüsusi diqqət yetirilir. Bu bölgəyə sahibkarlar tərəfindən bu günədək 45 milyon manat investisiya qoyulub. Bu da bölgəyə mərhələli şəkildə köç edəcək keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həllində xüsusi imkan yaradacaq".

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...