Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,79 ABŞ dolları və ya 5% artaraq 79,58 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün neftimiz 75,79 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Minimum saatlıq əmək haqqı da artacaq…
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...