PDF Oxu

İqtisadiyyat

  • 3 123

Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,41 ABŞ dolları və ya 4,13% artaraq 82,58 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 79,17 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Digər xəbərlər

Bazar 60 faiz kiçilib
Bazar 60 faiz kiçilib

İşlənmiş dizel mühərriklərinin Rusiyaya idxalı səmərəsizdir...

Çinin kritik minerallar üzərində 60 illik hökmranlığı başa çatır..?
Çinin kritik minerallar üzərində 60 illik hökmranlığı başa çatır..?

ABŞ və Avropanın əsas vəzifəsi alternativ təchizat zəncirlərini yaratmaqdır...