PDF Oxu

İqtisadiyyat

  • 3 960

Mərkəzi banklar qızıl ehtiyatını artırır

image

Qızılın sürətlə bahalaşmasına rəğmən mərkəzi banklar bu metalı almağa israrlıdır. SİA xəbər verir ki, Beynəlxalq Qızıl Şurasının sorğusu zamanı məlum olub ki, mərkəzi bankların 43 faizi yüksək qiymətə rəğmən qızıl almaqda israrlıdır. Bu, 2018-ci ildən sonra ən yüksək göstəricidir. 2024-cü ilin aprelində mərkəzi bankların cəmi 23 faizi metal ehtiyatını artırmaq niyyətində idi.Rəyi öyrənilmiş 72 qurumun heç biri qızıl rezervini azaltmağı planlaşdırmır. Son statistikaya görə, mərkəzi bankları rəsmi açıqlanan qızıl ehtiyatları 36 min tonu ötüb. Bu da daha bir tarixi maksimumdur.Qeyd edək ki, qızıl ilin əvvəlindən 31 faiz bahalaşıb.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...