PDF Oxu

İqtisadiyyat

  • 3 170

Günəş panellərlərindən hasil edilən enerjinin həcmi açıqlanıb

image

Ötən ilin oktyabrında “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə indiyədək 66 215,3 kVt/saat enerji hasil edilib. SİA ASCO-ya istinadən xəbər verir ki, təkcə 2025-ci ilin may ayı ərzində 18 454,3 kVt/saat enerji istehsal olunub. Ay ərzində bəzi günlərdə hasilat 800 kVt/saat həddinə yaxınlaşıb.Statistikaya görə, indiyədək 65 946,1 kq karbon qazı emissiyasının qarşısı alınıb. Bu isə 3 638 ağacın qorunmasına bərabər ekoloji fayda deməkdir. Eyni zamanda, 26 457,8 kq daş kömürə qənaət olunub ki, bu da enerji istehsalında fosil yanacaqlardan istifadəni minimuma endirir.Qeyd edək ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda ümumilikdə 512 kvadratmetr əraziyə hər biri 690 Vt olmaqla, 162 ədəd günəş paneli quraşdırılıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...