Bir sıra dövlət qurumları “Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazıralayacaq. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.Belə ki, Dövlət Turizm Agentliyi Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla sözügedən məsələ ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Son günlərdə bir neçə qaz daşıyıcısı Hörmüz boğazından uğurla keçib...
Moskva Birjasının indeksi Rusiya Xarici İşlər Nazirliyinin Kiyevə hava hücumları elan etməsindən sonra kəskin şəkildə aşağı düşüb...