PDF Oxu

İqtisadiyyat

  • 4 082

Anlaşma Memorandumu imzalayıb

image

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və “Black Locust Capital Financing Broker” (BLC) şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. SİA AZPROMO-ya istinadən xəbər verir ki, sənəddə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artırılması, strateji tərəfdaşların cəlb edilməsi sahələrində əməkdaşlıq nəzərdə tutulur.AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və BLC-nin direktoru Şahrux Xan arasında görüş keçirilib. Görüş zamanı Azərbaycana cəlb olunan birbaşa xarici investisiyalar, ölkəmizin əlverişli investisiya iqlimi və biznes imkanları haqqında məlumat verilib, əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.Qeyd edək ki, “Black Locust Capital Financing Broker” MMC investisiya konsaltinqi, maliyyə strategiyalarının hazırlanması və fərdi kapitalın idarə olunması sahələrində ixtisaslaşmış beynəlxalq şirkətdir. Şirkət beynəlxalq biznes prosesləri çərçivəsində imkanların dəyərləndirilməsi və risklərin azaldılması istiqamətində geniş təcrübəyə malikdir.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...