ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,30 dollar və ya 0,44% azalaraq 1 barelə görə 68 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,74 dollar və ya 1,10% azalaraq 66,26 ABŞ dollarına bərabər olub.Analitiklər qeyd edirlər ki, neft bazarında istehsal artımı və təklifin çoxluğu qiymətlərin enməsi istiqamətində təzyiq göstərir. Bununla yanaşı, bazar iştirakçıları hələ də OPEC+ və İranla əlaqəli geopolitik gərginliklərə diqqət yetirməyə davam edir. Əlavə olaraq, bazarda gələcəkdə istehsal azalmaları və ya geosiyasətin yenidən kəskinləşməsi halında qiymətlərin yenidən arta biləcəyi ehtimal edilir.
Minimum saatlıq əmək haqqı da artacaq…
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...