Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ili 2,927 milyard manat xalis mənfəətlə başa vurub. SİA şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 41,2 % çoxdur.Ötən il SOCAR-ın satışdan (əsas əməliyyat) gəlirləri 84 milyard 689 milyon manat (əvvəlki ilə nisbətən 0,6% az), satışının maya dəyəri 77 milyard 296 milyon manat (0,9 % çox), ümumi-inzibati xərcləri 2 milyard 252 milyon manat (16,1 % çox), paylaşdırma xərcləri 2 milyard 45 milyon manat (7,3 % az), əmlak, tikili və avadanlıq silinməsi hesabına gəlirləri 15 milyon manat (25 % az), sosial xərcləri 351 milyon manat (17 % çox), kəşfiyyat və qiymətləndirmə xərcləri 17 milyon manat (eyni qalıb), gözlənilən kredit gəlirləri 46 milyon manat (əvvəlki il zərər olub), maliyyə xidmətlərindən gəlirləri 18 milyon manat (əvvəlki il olmayıb), maliyyə xərcləri 2 milyon manat (əvvəlki il olmayıb), sair əməliyyat xərcləri 1 milyard 869 milyon manat (27 % az), sair əməliyyat gəlirləri 1 milyard 970 milyon manat (2,3 dəfə çox), effektiv faiz dərəcəsi üsulundan istifadə etməklə hesablanan faiz gəlirləri 852 milyon manat (28,3 % çox), maliyyə xərcləri 2 milyard 74 milyon manat (13,1 % çox), məzənnə fərqindən zərəri 366 milyon manat (49,3 % az), xalis monetar mövqe üzrə gəlirləri 1,114 milyard manat (11,1 % çox), birgə müəssislərin maliyyə nəticələri hesabına gəlirləri 540 milyon manat (28,6 % az), asılı müəssislərin maliyyə nəticələri hesabına gəlirləri 867 milyon manat (41,7 % çox), mənfəət vergisi ödəmələri isə 912 milyon manat (50,5 % çox) təşkil edib.Bu il yanvarın 1-nə SOCAR-ın aktivləri 94 milyard 701 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 31,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 24 % artaraq 46 milyard 44 milyon manata, balans kapitalı isə 39,6 % artaraq 48 milyard 657 milyon manata çatıb.SOCAR ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir. Onun nizamnamə kapitalı 5 milyard 14 milyon manatdır.
Son günlərdə bir neçə qaz daşıyıcısı Hörmüz boğazından uğurla keçib...
Moskva Birjasının indeksi Rusiya Xarici İşlər Nazirliyinin Kiyevə hava hücumları elan etməsindən sonra kəskin şəkildə aşağı düşüb...