PDF Oxu

İqtisadiyyat

  • 4 709

Azərbaycan və Çin sənəd imzalayıb

image

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi və Çin Mülki Aviasiya Administrasiyası (CAAC) arasında mülki aviasiyanın müxtəlif sahələrində, o cümlədən hava əlaqəsinin inkişafı, mülki aviasiya infrastrukturu, dayanıqlı aviasiya, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi sahələrində əməkdaşlığı nəzərdə tutan sənəd imzalanıb. SİA bu barədə nazirliyə istinadən xəbər verir.Məlumata görə, sənədə nazir müavini Elmin Məmmədovun CAAC-nin Baş direktorunun müavini Han Junun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə imza atılıb. Görüş zamanı iki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Tərəflər arasında hava əlaqəsinin inkişafı, təcrübə mübadiləsi məqsədilə nəzarət tədbirləri çərçivəsində aparılan yoxlamalarda birgə iştirak, təlimlərin təşkil edilməsi və mülki aviasiya infrastrukturunun inkişafında əməkdaşlığın vacibliyi vurğulanıb.Bu, Prezident İlham Əliyev və Çin Sədri Si Cinpinin bu il aprelin 23-də imzaladığı "Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan sonra dövlət qurumları arasında keçirilmiş ilk görüşdür.

Digər xəbərlər

Neft şirkətləri neftayırma zavodları üçün “beton qalxanlar” tikirlər

Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...

Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb

Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...

Rusiyadakı yanacaq böhranı Monqolustana da yayılıb

Ölkə yanacağının təxminən 95 faizini Rusiyadan idxal edir...

Reuters: Rusiya neft strategiyasının uğursuzluğunu etiraf edir...

Kreml neft hasilatı proqnozunu kəskin şəkildə aşağı salıb...