PDF Oxu

İqtisadiyyat

  • 4 222

DSMF-nin xərcləri 3 milyard 744 milyon manat olub

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci yarımilində proqnozla müqayisədə 7 faiz və ya 244 milyon manat çox olmaqla 3 milyard 963 milyon manat təşkil edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 237 milyon manat artaraq 3 milyard 146 milyon manat olub.Bu ilin 6 ayında DSMF-nin xərcləri 3 milyard 744 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz və ya 324 milyon manat çoxdur.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...