PDF Oxu

İqtisadiyyat

  • 4 117

Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb

image

Bu gün Hanoy şəhərində keçirilmiş Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının I iclası və Azərbaycan-Vyetnam Biznes Forumu çərçivəsində 5 sənəd imzalanıb. Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) SİA-ya verilən məlumata görə, sənədlər iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.Birinci sənəd Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) ilə AZPROMO arasında imzalanıb, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verməyi hədəfləyir.İkinci sənəd Vyetnamın tekstil və geyim sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən olan “Phong Phu” Korporasiyası və Azərbaycana məxsus “GP Cotton Holdings" MMC arasında, üçüncü sənəd Vyetnamın “Tuong Vu Joint” şirkəti ilə Azərbaycanın “Fresh-Meat” şirkəti arasında, dördüncü sənəd Vyetnamın “Anc Group” şirkəti ilə Azərbaycana məxsus “Rahat Market" arasında, beşinci sənəd isə Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında (bərpa olunan enerji sahəsində əməkdaşlığa dair) imzalanıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...