PDF Oxu

İqtisadiyyat

  • 3 047

Dövlət su kadastrının yeni redaksiyada tərtib edilməsi məqsədilə müzakirələr aparılır

image

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Dövlət su kadastrının aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”ni rəhbər tutaraq “Azərbaycan Respublikası dövlət su kadastrının aparılması qaydaları haqqında Əsasnamə”nin yeni redaksiyada tərtib edilməsi məqsədilə yaradılmış təşkilatlararası işçi qrupunun ilk görüşü keçirilib. Xidmətdən SİA-ya bildirilib ki, görüşdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Kosmik Agentliyin və digər təşkilatların nümayəndələri iştirak ediblər.Görüş zamanı son dövrlərdə baş verən institusional dəyişikliklərə və beynəlxalq təcrübəyə əsaslanaraq Agentlik tərəfindən müzakirə üçün təklif olunan “Azərbaycan Respublikası dövlət su kadastrının aparılması qaydaları haqqında Əsasnamə”nin yeni layihəsi üzrə fikir mübadiləsi aparılıb.Xüsusi olaraq səth və yeraltı su obyektlərinin kəmiyyət və keyfiyyət göstəriciləri üzrə monitorinqlərin və qiymətləndirmənin aparılması, məlumat bazasının, eləcə də avtomat informasiya sisteminin yaradılması, sudan istifadə sahəsində məlumatların təmin olunması sahəsində hər bir qurumun görəcəyi işlər müzakirə edilib və təşkilatlar üzrə kadastra daxil ediləcək məlumatların siyahısı müəyyən edilib.Çıxışlarda su ehtiyatlarının, xüsusilə də yeraltı suların vəziyyətinə dair kadastrın yeni formatda hazırlanmasının vacibliyi vurğulanıb. Eləcə də dövlət su kadastrında müvafiq peyk məlumatlarından istifadəyə geniş yer verilməsi və s. istiqamətlərdə müzakirələr aparılıb.Müzakirə zamanı səsləndirilmiş təklifləri nəzərə almaqla yekun layihə sənədinin qısa müddətdə işçi qrupunun üzvlərinə təqdim olunması qərara alınıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...