Bu ilin I yarısında müsabiqə əsaslı satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilən məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 38,6 % artaraq 329 milyon manata çatıb. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb."Qənaət məbləği dövlətsatınalmaları sahəsində maliyyə səmərəliliyinin və rəqabət qabiliyyətinin əsas göstəricilərindən biri olmaqla, təsdiq edilmiş müsabiqə əsaslı satınalmalar üzrə ehtimal olunan qiymətlərlə həmin satınalmalarda qalib gəlmiş təchizatçıların təklif etdiyi qiymətlər arasındakı fərq hesabına formalaşır", - deyə məlumatda qeyd olunub.
Minimum saatlıq əmək haqqı da artacaq…
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...