PDF Oxu

İqtisadiyyat

  • 3 818

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası keçirilib

image

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB), Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məsul şəxsləri iştirak edib. AMB-dan SİA-ya bildirilib ki, iclasda işçi qrupunun cari il üzrə təsdiq edilmiş fəaliyyət planının icrası istiqamətində I yarımillikdə görülmüş işlər barədə hesabatlar dinlənilib. Hesabatlar büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığı, dövlət tənzimlənməsi yükü, monetar azadlıq, Qlobal İnnovasiyalar İndeksi, həmçinin təbii resursların effektiv idarə edilməsi kimi məsələlərini əhatə edib.İşçi qrupunun rəhbəri, Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov müzakirələri yekunlaşdıraraq təsdiq edilmiş fəaliyyət planının icrası istiqamətində işlərin davam etdirilməli olduğunu bildirib. O, görülmüş işlər barədə məlumatların daha effektiv kommunikasiyasının zəruriliyi barədə iclas iştirakçıları ilə fikirlərini bölüşüb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...