PDF Oxu

İqtisadiyyat

  • 3 853

Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub

image

İşğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın bərpası, iqtisadi fəaliyyət və məşğulluğun təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edilib. Ərazi üzrə ümumilikdə 506 obyektin icarəyə verilməsi təmin olunub. Xankəndi şəhərində 374, Ağdərədə 35, Xocalıda 97 obyekt sahibkarın istifadəsinə verilib. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 56 milyon manatdan çox investisiyanın reallaşması baş tutub. SİA xəbər verir ki, bunu Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimində çıxışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.Onun sözlərinə görə, fəaliyyətə başlamış obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib: “Mövcud müqavilələr üzrə digər obyektlər də fəaliyyətə başladığı zaman iş yerlərinin sayı 5 mindən yuxarı olacaq. Qeyd olunan iqtisadi uğurların əldə edilməsində dövlətimizin işğaldan azad olunmuş ərazilərdə tətbiq etdiyi güzəşt mexanizmləri də əhəmiyyətli rol oynayıb”.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...