PDF Oxu

İqtisadiyyat

  • 3 465

Vergiödəyicilərinin sayı 4,8 faiz artıb

image

2025-ci il avqust ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 637 min 784 vergiödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Dövlət Vergi Xidmətindən SİA-ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 7,4 faiz artıb.Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq 198 min 371 vahid təşkil edib.2025-ci ilin yanvar – iyul aylarında 8196 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 88,5 faizi yerli investisiyalı, 11,5 faizi isə xarici investisiyalıdır. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.Kommersiya qurumlarının 84,6 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,1 faiz təşkil edib.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...