PDF Oxu

İqtisadiyyat

  • 3 581

“Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

image

“Azərbaycan Xəzər Dəniz Gəmişiliyi” QSC-nin (ASCO) “Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmir edilib. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib. SİA ASCO-ya istinadən xəbər verir ki, proses zamanı baş mühərriklər, braşpil, şpil qurğuları, nasoslar, boru sistemləri, elektrik avadanlıqları, heyətin yaşayış yerləri, sanitar qovşaqlar və yeməkxana təmir olunub. Həmçinin gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü sahələrində zədələnmiş sahələr və protektorlar dəyişdirilib.Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, lövbər qurğuları və zəncirləri sazlanıb, gəminin helikopter meydançasının leyer çəpəri və drenaj (şpiqat) sistemi əsaslı təmir olunub.Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni 3 dəst stasionar radiostansiyalar, 1 dəst girokompas və 1 ədəd yeni qəza radiomayakı (EPIRB) quraşdırılıb. Həmçinin gəmi yeni “İnmarsat-C” avadanlığı ilə təchiz olunub.Təmirdən sonra dalğıc gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb.“Akademik Tofiq İsmayılov” gəmisinin uzunluğu 91,8, eni 17 metrdir. DP sistemi ilə təchiz olunmuş bu gəmi 300 metrə qədər dərinlikdə dalğıc, 1000 metrə qədər dərin sahələrdə isə digər sualtı işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...