PDF Oxu

İqtisadiyyat

  • 3 544

Tələbələr vergi orqanlarında könüllülük fəaliyyətinə cəlb olunublar

image

Qarabağ Universitetinin 22 tələbəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergiödəyicilərinə xidmət mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunub. Bu barədə SİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.Bildirilib ki, Dövlət Vergi Xidməti ilə Qarabağ Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində həyata keçirilən və 2 ay davam edəcək fəaliyyətin əsas məqsədi ikitərəfli faydalı əməkdaşlığın genişləndirilməsi, gənclərin vergi sahəsində bilik və bacarıqlarının artırılmasından ibarədir. Tələbələr üçün Dövlət Vergi Xidmətinin fəaliyyətinin əsasları, hüquq və vəzifələri, dövlət vergi orqanları əməkdaşlarının etik davranış məsələləri, məlumat təhlükəsizliyi, könüllülük fəaliyyətinin məqsədi və motivasiya mövzuları üzrə təlimlər təşkil edilir.Qarabağ Universiteti ilə əməkdaşlıq çərçivəsində bu prosesin gələcəkdə də davam etdirilməsi, tələbələrin yaradılmış imkanlardan maksimum faydalanması üçün vergi orqanlarında hər bir şəraitin yaradılması nəzərdə tutulur.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...