PDF Oxu

İqtisadiyyat

  • 3 705

“Suraxanı Maşınqayırma Zavodu”nun səhmlərinin əmək kollektivinə güzəştli satışına başlanılır

image

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azneftkimyamaş” ASC-nin tabeliyində olan “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin səhmlərinin 15 %-nin əmək kollektivinə güzəştli satışını elan edib. SİA Dövlət Xidmətinə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 2 manat olan 1 413 005 ədəd səhmdən gedir.Qiymətli kağızları əsas iş yeri həmin müəssisə sayılan işçilər, qanunvericiliyə uyğun olaraq, həmin müəssisələrdə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər, 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər ala bilər.Güzəştli satışa sifarişləri müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası 23 sentyabr – 17 oktyabr 2025-ci il tarixlərində qəbul edəcək.Güzəştli satışda iştirak etmək istəyən əmək kollektivi üzvlərindən və onlara bərabər tutulan şəxslərdən “Qiymətli kağızlar bazarı haqqında” qanuna müvafiq olaraq investisiya şirkətlərində depo hesabın açılması tələb olunur.Güzəştli satışın yekunlarını təsdiq etmək üçün oktyabrın 17-də müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək. Güzəştli satışın yekun sənədləri Hərracların Təşkili Mərkəzinə təqdim edilməlidir.Hər hansı səbəbdən müəyyən edilmiş müddətdə güzəştli satış baş tutmadıqda, həmin səhmlər qanunvericiliyə uyğun olaraq istifadə olunur.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...