PDF Oxu

İqtisadiyyat

  • 3 261

“Gəncədə infrastruktur və yaşıllıqların yenidən qurulması davam edir” - MÜNASİBƏT BİLDİRİLDİ

image

“Gəncə şəhərində 500 ağacın çıxarılması ilə bağlı məlumat ictimaiyyətin diqqətini cəlb etmişdir. Araşdırmalar göstərir ki, bu tədbir şəhərin infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin həyata keçirilməsi çərçivəsində aparılır. Hazırda şəhərin küçə və parklarında mövcud yaşıllıqların yenidən qurulması və ekologiyanın yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər görülür”. Bu sözləri SİA-ya açıqlamasında "Davamlı Turizmin İnkişafına Dəstək" İB-nin sədri Nərminə Qəribova deyib.Nərminə Qəribova sözlərinə belə davam edib: “Qeyd edilən işlər qanunvericiliyə tam uyğun olaraq və dövlət tərəfindən həyata keçirilir. Gəncə şəhəri Azərbaycanın həm ictimai, həm də turizm siyasətində əhəmiyyətli rol oynayır və gələcəkdə burada beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur.Nəticə olaraq, infrastruktur və abadlıq işləri tamamlandıqdan sonra Gəncə şəhəri daha yaşıl, estetik və sağlam bir mühitə sahib olacaq, şəhər sakinləri və ziyarətçilər üçün daha əlverişli ekoloji şərait təmin ediləcək”.

Ayşən Vəli

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...