PDF Oxu

İqtisadiyyat

  • 3 360

"Enerji sektoru xarici sərmayənin əsas ünvanıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Ölkə təəssüf ki, xarici sərmayədarlar üçün o qədər də cəlbedici deyil. Ona görə də biz xarici investisiyaları əsasən enerji sektoruna – neft-qaz sənayesinə cəlb edə bilmişik. Digər sahələrə nə turizmə, nə kənd təsərrüfatına, nə emal sənayesinə, nə də digər xidmət sahələrinə əhəmiyyətli xarici investisiya cəlb edə bilməmişik". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.O bildirib ki, bunun çoxsaylı səbəbləri var: "Əsas səbəblərdən biri Azərbaycanın uzun müddət müharibə şəraitində yaşamasıdır. Həmçinin Azərbaycanın dünya okeanına çıxışının olmaması, ətrafındakı qonşuların – Rusiya, İran, Ermənistan – problemli ölkələr olması və ciddi logistika problemlərinin mövcudluğudur.Biz indi dəhlizlərdən danışırıq, ümid edirik ki, olacaq, amma indiyə qədər hətta ölkə sahibkarları ölkəyə mal və material gətirərkən ciddi əngəllərlə, problemlərlə və əlavə xərclərlə üzləşirlər. Malları gətirmək olur, amma baha başa gəlir.Ona görə də ölkədə bahalaşmadan əziyyət çəkməyimizin əsas səbəblərindən biri ölkəmizin coğrafi yerləşməsi və dünya ticarət sistemindən kənarda qalmasıdır. Digər tərəfdən, bizdə ucuz işçi qüvvəsi olsa da, ixtisaslı kadr problemi mövcuddur. Müasir texnologiyalara və sənaye tələblərinə cavab verən ixtisaslı işçilər çatışmır. İdarəetməmiz də dünyanın qabaqcıl idarəetmə sistemləri ilə müqayisədə xeyli geridədir. Ciddi bürokratik və digər problemlər var.Əgər biz doğrudan da cəlbedici olsaydıq, qeyri-neft sektoruna da ciddi investisiyalar cəlb edə bilərdik. Kapital harada gəlirlik və qazanc görürsə, ora yönəlir. Amma son 30-35 ilin nəticələri göstərir ki, qeyri-enerji sektoruna investisiyaların cəlb edilməsində ciddi problemlər var və bu da ölkənin cəlbedici olmaması ilə əlaqədardır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...