Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”–Ambulator Reabilitasiya Məntəqəsində reabilitasiya xidmətlərini davam etdirir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, 2023-cü il dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə ötən dövrdə 2,7 min nəfərə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.Bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən faydalanırlar.məntəqədə əlilliyi olan 300-ə yaxın şəxsə isə ehtiyaclarına uyğun olaraq 1600-dən çox reabilitasiya vasitəsi verilib.
Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...