Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,71 ABŞ dolları və ya 1% artaraq 71,25 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 70,54 dollara ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Göy qurşağı proqnozu süni intellekt sektorunda artımları canlandırdı...
Sabahdan?..
Əhalinin bu seqmentə marağı azalıb.
Psixoloji həddin altında...
Rusiya yanacaqdoldurma məntəqələri Belarusdan bahalı yanacaq almağa məcburdur…