Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,37 ABŞ dolları və ya 1,92% azalaraq 69,88 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, neftimiz ötən gün 71,25 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Rusiya Maliyyə Nazirliyi borc almamaq qərarına gəlib…
Rusiyada yanacaq böhranı tarlalara çatıb və buğda məhsulunu təhdid edir...
Rusiyada yanacaq böhranı nəzarətdən çıxır...
Müharibə Rusiyada biznesləri dağıdıcıdır...