PDF Oxu

İqtisadiyyat

  • 3 587

Aşağı gərginlikli elektrik qurğuları və avadanlıqların təhlükəsizlik tələbləri təsdiqlənəcək

image

Azərbaycanda “Aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının təhlükəsizliyi haqqında texniki reqlament” üzrə layihə ictimai müzakirəyə çıxarılıb. SİA bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.Məlumata görə, ictimai müzakirə bitdikdən sonra layihə təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.Qeyd edək ki, texniki reqlament Azərbaycan Respublikası ərazisində aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının istismarında təhlükəsizlik qaydalarına məcburi tələblərin müəyyən edilməsi və aşağı gərginlikli (1000 V – dək, 1000 V daxil olmaqla) elektrik qurğularının və avadanlıqlarının istehlak bazarında sərbəst dövriyyəsinin təmin edilməsi məqsədilə hazırlanıb. Texniki reqlament “Texniki tənzimləmə haqqında” Qanuna uyğun olaraq aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının təhlükəsizliyinin təmin edilməsini və onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.

Digər xəbərlər

Kreml Rusiyanın biznes elitasının gözləntilərini doğrultmadı

Bloomberg: Rusiyanın ən varlı adamlarından biri Rusiya iqtisadiyyatının üzləşdiyi əsas problemi müəyyən etdi...

Pekin və Brüssel iki günlük danışıqlar aparıblar

Bloomberg: Çin və Aİ əsas mübahisələrini ticarət müharibəsi olmadan həll ediblər...

İqtisadçı: Rusiyanın neft iynəsi qırılır

İstehsal, ixrac azalır, neft emalı zavodları yanır...