PDF Oxu

İqtisadiyyat

  • 5 360

Bakıda III MDB Beynəlxalq Statistika Forumu keçiriləcək

image

24-26 sentyabr tarixlərində Bakıda III MDB Beynəlxalq Statistika Forumu keçiriləcək. SİA xəbər verir ki, bu barədə MDB-nin İnternet portalı məlumat yayıb.Forum milli statistika xidmətlərinin, beynəlxalq təşkilatların, dövlət qurumlarının və tədqiqat dairələrinin nümayəndələrini bir araya gətirəcək.Forum "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusuna həsr olunacaq. İştirakçılar metodologiya, milli və beynəlxalq təcrübə, həmçinin qlobal statistik təşəbbüslər (Milli Hesablar Sistemi 2025, əhali və mənzil fondunun siyahıyaalınması (2030-cu il raundu və s.), eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqinin həyata keçirilməsi perspektivlərini müzakirə edəcəklər.Bundan başqa, layihələrin səmərəliliyinin əsas amillərinə: informasiya texnologiyalarının tətbiqinə, smart məlumatların inteqrasiyası və istifadəsinə xüsusi diqqət yetiriləcək.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...