PDF Oxu

İqtisadiyyat

  • 3 127

"Qlobal bazardakı vəziyyət Azərbaycan bazarına təsir edir" - İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

image

"Ümumiyyətlə, məhsul və xidmətin yekun qiymətini formalaşdıran əsas faktor onun ərsəyə gətirilməsində çəkilən xərclərdir. Çəkilən xərclər yüksək olarsa, yekun qiymət də bir o qədər yüksək olur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.Onun sözlərinə görə, hal-hazırda da bildiyiniz kimi Azərbaycan iqtisadiyyatını əsasən idxal üzərində qurub: "Bir çox məhsullar xaricdən gətirilir. Hətta daxildə istehsal edilən məhsulların belə xammal və inqrediyentlərinin əksəriyyəti xaricdən idxal olunur. Bu amil birbaşa olaraq yekun qiymətə təsir göstərir.Bununla yanaşı, dünya bazarında baş verən qiymət dalğalanmaları da daxili bazarda məhsulların dəyərinə öz təsirini göstərir. Bu gün qida məhsullarında - yağ, ət, toyuq məhsulları, şəkər, buğda kimi əsas ərzaqlarda qiymət artımı müşahidə olunur.Azərbaycan bu məhsulların böyük qismini ən çox Rusiyadan və Ukraynadan idxal edirdi. Hazırda isə dünyanın 25 faiz daxili ehtiyatını təmin edən məhz bu iki ölkə arasında müharibə gedir. Bu vəziyyət birbaşa olaraq qlobal bazarda və təbii ki, Azərbaycan bazarında da qiymətlərin bahalaşmasına gətirib çıxarır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...