Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,83 ABŞ dolları və ya 1,2% artaraq 68,31 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,48 ABŞ dolları idi.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Son günlərdə bir neçə qaz daşıyıcısı Hörmüz boğazından uğurla keçib...
Moskva Birjasının indeksi Rusiya Xarici İşlər Nazirliyinin Kiyevə hava hücumları elan etməsindən sonra kəskin şəkildə aşağı düşüb...