PDF Oxu

İqtisadiyyat

  • 3 707

Cari ildə 320 minə yaxın “ASAN İmza” sertifikatı verilib

image

Cari ilin yanvar-avqust ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 387 min 575 şəxs qəbul edilib, onlara 617 min 427 sayda xidmət göstərilib. Dövlət Vergi Xidmətindən SİA-ya verilən məlumata görə, bunun 215,7 mindən çoxu şifahi xidmət (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 140,8 mindən çoxu elektron xidmət (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub. Aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,4 faizini təşkil edib:

• Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
• Vergiödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
• Asan İmza sertifikatlarının verilməsi;
• Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
• Vergiödəyicisinə arayışların verilməsi;
• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
• Fiziki şəxsin uçotdan çıxarılması;
• Vergiödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).
Hesabat dövründə vergiödəyicilərindən daxil olmuş 22,7 mindən çox yazılı müraciət cavablandırılıb, 18,2 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində 2530 vergiödəyicisinin iştirakı ilə 257 görüş keçirilib, 3321 vergiödəyicisinə ünvanlı xidmət göstərilib.Vergiödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 944 mindən artıq SMS göndərilib. Dövr ərzində ümumilikdə 210 min 112 müraciət üzrə 319 min 995 “ASAN İmza” sertifikatı verilib.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...