15-17 sentyabr 2025-ci il tarixlərində Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) 11-ci iclası keçirilib. XİN-dən SİA-ya verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri - S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri - K. Qarib Abadi), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri - N.Udoviçenko) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri - M.Atacanov) nümayəndə heyətləri iştirak edib. İclasa Türkmənistan nümayəndə heyətinin rəhbəri M. Atacanov sədrlik edib.Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin metodikasının müzakirəsini davam etdiriblər. İclas zamanı Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub, beştərəfli qarşılıqlı fəaliyyət və müxtəlif səviyyələrdə tədbirlərə hazırlıq məsələləri nəzərdən keçirilib.Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Türkmənistana minnətdarlıqlarını bildiriblər.YSİQ-in növbəti iclası Azərbaycan Respublikasında diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə keçiriləcək.
Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...