PDF Oxu

İqtisadiyyat

  • 4 085

Azərbaycan OIC-CERT təşkilatının növbəti iclasında təmsil olunub

image

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzlərinin (CERT) birliyi olan OIC-CERT təşkilatının İdarə Heyətinin Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş növbəti iclasında iştirak edib. SİA Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, İdarə Heyətinin iclasında təşkilatın 2025-ci il üzrə fəaliyyət planı çərçivəsində görülmüş işlər müzakirə olunub, həmçinin ölkəmizin (CERT.gov.az) inkişafına rəhbərlik etdiyi OIC-CERT-in 4-cü strateji istiqaməti - "Kibertəhlükəsizlik, innovasiya, elmi-tədqiqat, və texnologiya" sahəsində həyata keçirilən işlərin vəziyyəti barədə məlumat verilib.Bununla yanaşı İdarə Heyəti XRİTDX-nin üzərində işlədiyi “İnformasiya təhlükəsizliyi mühitinin diaqnostikası” layihəsinin ilkin versiyası ilə tanış olub, hazırlanmış qiymətləndirmə metodologiyasının onlar üçün də maraqlı olduğu və üzv ölkələr arasında bölüşdürülməsinin faydalı olacağı qeyd edilib. İclas zamanı “Qlobal Kibertəhlükəsizlik Mükafatı” yarışmasına 2025-ci il üzrə təqdim edilmiş layihələrin qiymətləndirmə nəticələri açıqlanmış və Birləşmiş Ərəb Əmirliyinin Kibertəhlükəsizlik Konsulluğun layihəsi qalib elan olunub.Qeyd edək ki, XRİTDX OIC-CERT təşkilatının idarə heyətində ölkəmizi artıq 9 ildir uğurla təmsil edir.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...