Cari ilin yanvar–avqust ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 106 layihəyə ümumilikdə 8 milyon 405 min 500 manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 868 min 500 manat və ya 3,3 dəfə çoxdur.Bu dəstək nəticəsində 92 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?
Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...