PDF Oxu

İqtisadiyyat

  • 5 992

FHN-in Cənub Regional Mərkəzi mülki müdafiə kursları keçirib

image

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən mərkəzin əhatə etdiyi ərazidə yerləşən ümumi təhsil məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə kursları təşkil olunub. Bu barədə SİA-ya FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.Bildirilib ki, kursların keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.Kurslarda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.Kurslarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb

Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...

Rusiyadakı yanacaq böhranı Monqolustana da yayılıb

Ölkə yanacağının təxminən 95 faizini Rusiyadan idxal edir...

Reuters: Rusiya neft strategiyasının uğursuzluğunu etiraf edir...

Kreml neft hasilatı proqnozunu kəskin şəkildə aşağı salıb...