PDF Oxu

İqtisadiyyat

  • 6 071

“Azərbaycanın tranzit rolu iqtisadiyyatın şaxələnməsinə və yeni imkanlara yol açır” - EKSPERT ŞƏRH ETDİ

image

"Azərbaycanın tranzit ölkə kimi rolunun güclənməsi ölkəmizin iqtisadi gələcəyi baxımından mühüm imkanlar açır. Coğrafi mövqeyimiz - Avropa ilə Asiya arasında strateji körpü olması artıq nəzəri üstünlükdən çıxaraq real iqtisadi dividentlərə çevrilməkdədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın logistika və nəqliyyat mərkəzinə çevrilməsini sürətləndirir: "Bu, ilk növbədə tranzit daşımalarından əldə olunan gəlirlərin artması və dövlət büdcəsinin şaxələnməsinə xidmət edir. Bununla yanaşı, tranzit imkanlarının genişlənməsi qeyri-neft sektorunun inkişafına da güclü stimul verir. Xüsusilə xidmətlər sektoru, logistika, sığorta, gömrük və maliyyə xidmətlərinin həcmi böyüyür, yeni iş yerləri yaranır. Azərbaycanın beynəlxalq ticarət marşrutlarında etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi ölkəyə əlavə sərmayələrin cəlb olunmasına şərait yaradır. Bu proses təkcə iqtisadi mənfəət deyil, həm də siyasi-strateji üstünlüklər təmin edir, çünki tranzit mərkəzinə çevrilən ölkə beynəlxalq əməkdaşlıqda daha mühüm tərəfdaş statusu qazanır.Azərbaycanın tranzit ölkə rolunun artması iqtisadiyyatın dayanıqlılığını gücləndirir, yeni diversifikasiya imkanları yaradır və regionda ölkəmizin mövqelərini möhkəmləndirir. Bu tendensiyanın davamlı olması, gələcəkdə Azərbaycanın iqtisadi modelində enerji resurslarından asılılığı əhəmiyyətli dərəcədə azaldacaq".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...