PDF Oxu

İqtisadiyyat

  • 1 493

Azərbaycan İƏT-in Mərkəzi Banklarının 7-ci Forumunda təmsil olunub

image

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (OIC-COMCEC) Mərkəzi Banklarının 7-ci Forumunda iştirak etmək məqsədilə Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub. SİA AMB-yə istinadən xəbər verir ki, sədr forumda "Ödəniş xidmətləri və sərhədsiz əməliyyatlar: praktik sessiyadan nəticələr" mövzusunda çıxış edərək ödəniş sistemləri və transsərhəd əməliyyatlara dair fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.O, qlobal maliyyə mənzərəsində ən dinamik, strateji əhəmiyyətli sahələrdən birinə çevrilmiş ödəniş sistemlərini müasir iqtisadiyyatın əsas sütunu adlandırıb, ödəniş xidmətlərinin, xüsusilə də transsərhəd ödənişlərin daha sürətli, şəffaf və əlçatan olmasının təmin edilməsi üçün rəqəmsal infrastruktura investisiyalar yatırılması, sistemlər arasında qarşılıqlı əlaqə yaradılması və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edilməsinin zəruriliyini vurğulayıb.T.Kazımov "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində ölkəmizdə milli ödəniş sisteminin təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması, həmçinin təhlükəsiz və effektiv ödəniş xidmətlərinin dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib. OIC-COMCEC çərçivəsində mərkəzi banklar və monetar orqanların toplantıları 2009-cu ildən İstanbulda keçirilir. Bu toplantılar üzv ölkələrin mərkəzi bankları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi, birgə fəaliyyətlərin gücləndirilməsi, həmçinin monetar, bank və maliyyə məsələlərinin müzakirəsi üçün mühüm platforma hesab olunur.kçısı məhz kənd təsərrüfatıdır. Buna görə də hövzə idarəçiliyi strategiyanın əsas dayaqlarından biridir. Növbəti prinsip su itkisini minimuma endirməkdir. Hazırda suvarma və içməli su infrastrukturunda sızmalar, axıntılar və itkilər mövcuddur. Strategiyanın hədəfi 2040-cı ilə qədər bu itkiləri əhəmiyyətli dərəcədə azaltmaqdır”.O qeyd edib ki, digər bir hədəf içməli su təchizatında 100% sayğaclaşmaya nail olmaqdır:“Strategiyanın mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin su potensialından istifadənin artırılmasıdır. Prezidentin təşəbbüsü ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda su təhlükəsizliyini təmin etmək üçün bir sıra layihələr həyata keçirilir. Bütün bu prinsiplər və hədəflər uzunmüddətli xarakter daşıyır və 2040-cı ilə qədər nəzərdə tutulub”.

Digər xəbərlər