PDF Oxu

İqtisadiyyat

  • 4 639

Azərbaycanla ABŞ arasında nəqliyyat və logistika sahələrində əməkdaşlıq müzakirə olunub

image

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ABŞ-nin Oreync vilayətinin “Lincoln” klubunun beynəlxalq əməkdaşlıq üzrə nümayəndəsi Benni Mor ilə görüş keçirib. Nazirlikdən SİA-ya bildirilib ki, “Lincoln” klubu Kaliforniyanın ən böyük biznes klublarından biridir və onun missiyası biznes nümayəndələri üçün şəbəkələşmə, öyrənmə və imkanlara çıxış mühiti yaratmaqdır.Görüşdə Azərbaycan ilə ABŞ arasında yüksək texnologiyalar, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, ölkəmiz bu sahələrdə ABŞ ilə tərəfdaşlığa böyük önəm verir.Samir Məmmədov Azərbaycanın rəqəmsal inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb. Qeyd olunub ki, genişzolaqlı internetə tam çıxışın təmin olunması, “TİER III” səviyyəli data mərkəzləri, SİMA yeni nəsil rəqəmsal imza həlli və “MyGov” platforması Azərbaycanı “çox yüksək” elektron hökumət reytinqi olan ölkələr sırasına çıxarıb.ABŞ-nin aparıcı İT şirkətlərindən olan “Epam” ilə birgə “MyGov Business” adlı yeni platforma üzərində əməkdaşlığa start verildiyi, bu platformanın dövlət-biznes münasibətlərində vahid pəncərə funksiyası daşıyacağı bildirilib.Görüşdə “Lincoln” klubuna üzv şirkətlərlə B2B və B2G formatlarda uzunmüddətli əməkdaşlığın təşviqi, şirkətlərin Azərbaycanda nümayəndəliklərinin açılması, insan kapitalının inkişaf etdirilməsi, birgə investisiya qoyuluşu və müştərək vençur fondların yaradılması imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...