PDF Oxu

İqtisadiyyat

  • 5 024

TÜRKPA rəqəmsal transformasiya proqramını təqdim edib

image

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Katibliyi 2023-cü ildə veb saytının yenilənməsi ilə başlanılan rəqəmsal transformasiya təşəbbüsünün növbəti mərhələsi kimi “Qanun” və “Qamus” adlı innovativ layihələri təqdim edib. TÜRKPA-dan SİA-ya verilən məlumata görə, bu layihələr türk dövlətlərinin qanunvericilik və dil irsinin vahid rəqəmsal mühitdə toplanması, sistemləşdirilməsi və müqayisəli tədqiqini təmin edərək, Türk dünyasında elmi-tədqiqat, qanunvericilik və parlament diplomatiyası sahələrində əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.Yeni rəqəmsal platforma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanla yanaşı, başqırd, tatar və uyğur dillərinə dair məlumat bazalarını da əhatə edir. Platforma müasir informasiya texnologiyaları əsasında hazırlanaraq, masaüstü və mobil qurğular üzərindən asan və etibarlı istifadə imkanı yaradır.“Qanun” – Qanun Məlumat Sistemi türk dövlətlərinin qanunlarını vahid platformada bir araya gətirərək sahələr üzrə təsnifləşdirir və beş dildə (Azərbaycan, qazax, qırğız, türk və ingilis dillərində) istifadəyə təqdim edir. Tətbiq sənədlər üzrə axtarış, filtr, müqayisə və sənəd yaratma funksiyaları ilə təchiz edilib.“Qamus” – Türk Dilləri Rəqəmsal Lüğəti isə doqquz türk dilində, – Azərbaycan, başqırd, qazax, qırğız, özbək, tatar, türk, türkmən və uyğur dillərində, - söz bazasının müqayisəli tədqiqini təmin edərək, dil birliyinə və terminoloji uyğunluğa mühüm töhfə verir.Yeni rəqəmsal platforma Türk dünyasında ortaq hüquqi və terminoloji yaddaşın formalaşmasına, kommunikasiya kanallarının genişlənməsinə və parlamentlərarası əməkdaşlığın daha səmərəli inkişafına xidmət edən strateji əhəmiyyətli addımdır.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...