PDF Oxu

İqtisadiyyat

  • 3 673

Naxçıvanda bu il bir sıra yerli əhəmiyyətli və kənddaxili yollar əsaslı təmir olunub

image

Cari ildə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində bir neçə yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında əsaslı təmir işləri aparılıb. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, ilin ötən dövründə uzunluğu 6,2 kilometr olan Babək rayonu Nəhəcir–Göynük əsas və uzunluğu 8,7 kilometr olan Nəhəcir–Göynük kənddaxili, uzunluğu 5,2 kilometr olan Şərur şəhərdaxili, uzunluğu 3,3 kilometr olan Culfa rayonun Gal və Şurud kənddaxili avtomobil yollarında işlər yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib. Təmir zamanı torpaq işləri aparılıb, yolun alt təbəqəsini möhkəmləndirmək üçün əraziyə qum-çınqıl materialı verilib. Yağış sularını kənarlaşdırmaq üçün yol kənarlarına beton kanal çəkilib və su keçidləri quraşdırılıb. Hərəkətin daha rahat olması üçün yola asfalt örtüyü salınıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...