Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə Qazaxıstanın Baş nazirinin müavini – rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə keçirilən görüşdə rəqəmsal hökumət həlləri, süni intellekt, kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. SİA xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində məlumat verib.“Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri Nurkan Sauranbayev və Prezidentin müşaviri Asel Janasova ilə görüşlər zamanı innovasiya, rəqəmsallaşma və İKT sahələrində əməkdaşlıq perspektivlərini müzakirə etdik.Səfər çərçivəsində “Astana Hub” innovasiya mərkəzinin fəaliyyəti ilə tanış olduq. Burada İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, startapların inkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat aldıq. Rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi apardıq” - deyə paylaşımda qeyd edilib.
Rusiya Maliyyə Nazirliyi borc almamaq qərarına gəlib…
Rusiyada yanacaq böhranı tarlalara çatıb və buğda məhsulunu təhdid edir...
Rusiyada yanacaq böhranı nəzarətdən çıxır...
Müharibə Rusiyada biznesləri dağıdıcıdır...
135 milyon barel Rusiya nefti dənizdə ilişib qalıb...
Müflisləşmələrin sayı artmaqdadır...