Türkiyə Respublikası əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydının rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, Agentliyin sədr müavini Ceyhun Salmanov qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyini diqqətə çatdırıb.Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
Rusiya Maliyyə Nazirliyi borc almamaq qərarına gəlib…
Rusiyada yanacaq böhranı tarlalara çatıb və buğda məhsulunu təhdid edir...
Rusiyada yanacaq böhranı nəzarətdən çıxır...
Müharibə Rusiyada biznesləri dağıdıcıdır...
135 milyon barel Rusiya nefti dənizdə ilişib qalıb...
Müflisləşmələrin sayı artmaqdadır...