PDF Oxu

İqtisadiyyat

  • 6 525

Milli Observatoriya vətəndaş cəmiyyəti institutlarının nümayəndələri üçün infotur təşkil edib

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, o cümlədən nazirlik yanında İctimai şuranın üzvləri üçün infotur təşkil edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbir korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsi, QHT nümayəndələrini Milli Observatoriya tərəfindən kadrların qiymətləndirilməsi və təlim proseslərinin təşkilində şəffaflığın təminatı ilə bağlı görülən işlərlə, qurumun fəaliyyəti ilə yaxından tanış etmək məqsədi daşıyıb.İnfotur çərçivəsində iştirakçılar Milli Observatoriyanın nəzdindəki Təlim və İnkişaf və Qiymətləndirmə mərkəzləri ilə tanış olublar. Həmin mərkəzlərdə həyata keçirilən qiymətləndirmə prosesi, tətbiq olunan metodologiyalar və təlim proqramları barədə ətraflı məlumat verilib.Bildirilib ki, Qiymətləndirmə Mərkəzində tətbiq olunan yanaşmalar beynəlxalq standartlara əsaslanır, şəffaflıq və obyektivlik prinsiplərinə söykənir.Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli hər iki mərkəzin əsas məqsədinin əmək bazarının dəyişən tələblərinə uyğun olaraq insan resurslarının bacarıq və biliklərinin inkişaf etdirilməsi olduğunu vurğulayıb və bu sahədə fəaliyyətin əmək bazarının səmərəliliyinin artırılmasına xidmət etdiyini bildirib.Təlim və İnkişaf Mərkəzi nazirlik və ona tabeli qurumların əməkdaşlarının peşəkar inkişafını dəstəkləmək məqsədilə müasir təlim modulları təqdim edir. Həmin modullar əmək bazarının real ehtiyaclarına uyğun hazırlanır və iştirakçılara praktiki bacarıqlar qazandırmaqla onların bilik və səriştələrinin artırılmasına yönəlib.İnfoturun yekununda QHT nümayəndələrinin mərkəzlərin fəaliyyəti ilə bağlı sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları Milli Observatoriyanın infotur təşkil etməsini yüksək qiymətləndirib, belə görüşlərin davamlı olmasının vacibliyini qeyd ediblər.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...