PDF Oxu

İqtisadiyyat

  • 3 604

Bakıda MDB-də ilk dəfə Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçirilir

image

Bu gün "Bakı Konqres Mərkəzi"ndə MDB-də ilk dəfə olaraq Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-2025) start götürüb. SİA-nın məlumatına görə, konfransı Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) dörd ildən bir təşkil edir.Noyabrın 28-nə qədər davam edəcək tədbir ölkələr arasında rəqəmsal fərqi azaltmağa və rəqəmsal transformasiyanı inkişaf etdirməyə yönəlib, gənclər üçün açıq beynəlxalq platforma olacaq. Konfrans gənclərin dünya səviyyəsində texnoloji yeniliklər və trendlər haqqında bilik əldə etməsinə, bu sahədə aparıcı mütəxəssislərlə tanış olmasına və əməkdaşlıq imkanları yaratmasına beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olmasına şərait yaradır.WTDC-2025-də 150 ölkədən 2 000-dən çox nümayəndənin, o cümlədən 300-dən çox gənc nümayəndənin iştirakı gözlənilir.Konfrans çərçivəsində ITU-nun 194 üzv dövləti üçün əsas prioritetləri müəyyənləşdirən bəyannamənin qəbul edilməsi gözlənilir.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...