PDF Oxu

İqtisadiyyat

  • 2 997

Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə görüş keçirilib

image

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsi arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə növbəti görüş keçirilib. Mərkəzdən SİA-ya bildirilib ki, onlayn görüşdə tərəflər birgə layihə və tədqiqatların həyata keçirilməsi istiqamətində konkret fəaliyyətə başladıqlarını, bunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini, yeni investisiyaların cəlbinə şərait yaradacağını bildiriblər. İİTKM-in icraçı direktorunun müavinləri Ramil Hüseyn və Ayaz Museyibov Türkiyə ilə iqtisadi əlaqələrin dərinləşməsinin ölkəmizin prioriteti olduğunu vurğulayaraq, bu təşəbbüsün hər iki ölkənin maraqlarına xidmət etdiyini bildiriblər.Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin Maliyyə Departamentinin rəhbəri Tarık Akın oktyabr ayında Azərbaycana səfərini xatırladıb. O, Bakıda keçirilən görüşlərdə qaldırılan məsələlərin reallaşması istiqamətində artıq müəyyən işlərin aparıldığını bildirib. Eyni zamanda, qarşıdakı aylarda Türkiyədən kapital bazarı qurumlarının nümayəndələrindən ibarət heyətin Azərbaycana səfərini təşkil etmək niyyətində olduqlarını qeyd edib. Səfər çərçivəsində Azərbaycanda B2B görüşlər, dəyirmi masalar və panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...