Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2025-ci ilin yanvar–oktyabr aylarında 123 layihənin maliyyələşdirilməsinə 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 milyon manat və ya 4,3 dəfə çoxdur.Layihələrin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə artıb. Maliyyələşdirilmiş kreditlər hesabına 310 yeni iş yeri yaradılacaq.
Minimum saatlıq əmək haqqı da artacaq…
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...