PDF Oxu

İqtisadiyyat

  • 4 162

Xəzəryanı dövlətlər İranda görüşəcəklər

image

Noyabrın 18-19-da İranın Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşü keçiriləcək. SİA xəbər verir ki, görüşdə beş Xəzəryanı dövlətin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) nümayəndələri iştirak edəcəklər. İki gün davam edəcək görüşdə qarşılıqlı ticarət əlaqələrinin inkişafı, nəqliyyat-tranzit məsələləri, balıqçılıq, qarşılıqlı sərmayə yatırımı, ekologiya, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin infrastrukturu və digər məsələlər müzakirə olunacaq. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Xəzəryanı dövlətlərin İranda fəaliyyət göstərən diplomatları, eləcə də iş adamları və biznes strukturlarının nümayəndələri də iştirak edəcəklər.Azərbaycanı tədbirdə Xəzər dənizi sahilində yerləşən rayonların rəhbərləri təmsil edəcəklər.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...