PDF Oxu

İqtisadiyyat

  • 3 572

Qaxda indiyədək 9 min hektardan çox sahədə payız səpini aparılıb

image

Qax rayonunun təsərrüfatlarında 2026-cı ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Cari ildə rayonda gələn ilin məhsulu üçün 13,5 min hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 8,5 min hektarına buğda, 5 min hektarına isə arpa səpiləcək. Torpaq mülkiyyətçiləri indiyədək 4 min 820 hektarı buğda, 4 min 265 hektarı dən üçün arpa olmaqla, 9 min 85 hektar sahəyə toxum səpiblər. Bu günədək səpin proqnozuna 67 faiz əməl olunub. Bu barədə SİA-nın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.Qurumun rəsmisi bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək rayonun təsərrüfatlarında 13,2 min hektar sahədə şum aparılıb. Səpin üçün 2635 ton buğda və arpa toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən lazımi qədər sertifikatlaşmış toxum hazırlanıb və hazırda fermerlərə satışı həyata keçirilir. Səpin kampaniyasına 250 ədəd müxtəlif təyinatlı traktor və 60 ədəd toxumsəpən aqreqat cəlb olunub.Xatırladaq ki, builki mövsümdə rayonda 13 min 727 hektar sahənin məhsulu biçilib, 48 min 409 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 35,3 sentner təşkil edib.Qurumun baş məsləhətçisi bildirib ki, təsərrüfatlarda qarğıdalı yığımı isə başa çatmaq üzrədir. Bu il rayonun torpaq mülkiyyətçiləri 1527 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. İndiyədək 13 min 794 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 90,3 sentner təşkil edir.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...