PDF Oxu

İqtisadiyyat

  • 3 559

Dövlət Dəniz və Liman Agentliyində Avstriya nümayəndə heyəti ilə görüş keçirilib

image

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Avstriya Respublikasının Türkiyə, Azərbaycan və Gürcüstan üzrə xarici iqtisadi əlaqələr nümayəndəsinin müavini Stefan Psota və “Frequentis AG” şirkətinin regional satış meneceri Pierpaolo Bettoni ilə görüş keçirilib. DDLA-dan SİA-ya bildirilib ki, görüşdə dəniz üzgüçülüyünün təhlükəsizliyi, axtarış-xilasetmə fəaliyyəti, dəniz naviqasiya avadanlıqlarının istismarı, eləcə də Azərbaycanın ərazi sularında Gəmilərin Hərəkətini İdarəetmə Sistemi (VTS) ilə bağlı görülən işlər barədə məlumat verilib. Bununla yanaşı, DDLA-nın aidiyyəti dövlət qurumları ilə Xəzər dənizi üzrə koordinasiyalı fəaliyyəti diqqətə çatdırılıb.Həmçinin Azərbaycanın “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya (IALA) qoşulması barədə məlumat verilib və VTS sistemlərinin beynəlxalq tələblərə uyğun yenilənməsi məsələləri müzakirə olunub. Nümayəndə heyəti bu sahədə müvafiq texniki ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirib.Görüşdə Avtomatik İdentifikasiya Sistemi (AIS) və Qlobal Dəniz Fəlakəti və Əmniyyətli Rabitə Sistemi (GMDSS) üzrə əməkdaşlıq imkanları, eləcə də təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.DDLA-nın İdarə Heyəti sədrinin müşaviri Habil Abbasov bildirib ki, bu cür görüşlər təkcə qurumlararası əməkdaşlığın genişlənməsinə deyil, həm də ölkələr arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da inkişafına mühüm töhfə verir.Sonda nümayəndə heyəti DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...