2025-ci ilin yanvar-sentyabr ayları ərzində təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində ümumilikdə 864 vətəndaş müraciətinə baxılıb, onlardan 59 faizi təmin edilib. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə təmin edilmiş müraciətlərin sayında 3 dəfəyədək artım müşahidə olunub. Rəqabət siyasətinin əsas prinsiplərindən biri istehlakçıların və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunmasıdır.
ABŞ və Avropanın əsas vəzifəsi alternativ təchizat zəncirlərini yaratmaqdır...
Ukrayna PUA zərbələri Rusiya ixracını aşağı saldı...